“Netflix” serial və kinolar üçün sürətləndirilmiş baxış funksiyasını sınaqdan keçirir


Digərləri 02 Noy 2019 07:31:00 296 0

“Netflix” serial və kinolar üçün sürətləndirilmiş baxış funksiyasını sınaqdan keçirir

"Netflix" telekanalı smartfonlar üçün yeni funksiyanı (film və seriallarda baxış sürətini dəyişdirmək imkanı) sınaqdan keçirir. Eyni funksiya bir çox populyar pleyerlərdə reallaşdırılıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, şirkətin planları rejissorların hiddətinə səbəb olub, çünki belə yanaşma, onların fikrinə görə, incəsənəti məhv edəcək.

"Netflix" şirkətinin nümayəndələri əmin ediblər ki, sözügedən funksiya yoxlama mərhələsindədir və ola bilər ki, tətbiq edilməsin. Tətbiq edildiyi halda isə dəyişikliklər yalnız mobil qurğulara aid ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});