Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar


Dünya 02 Noy 2019 07:15:00 309 0

Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar

Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın hökumət qüvvələrini atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib.

Y. Borenkov qeyd edib ki, qanunsuz silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib, Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini 14 dəfə atəşə tutublar.

Onun sözlərinə görə, silahlı qruplaşmalar Latakiya əyalətinin Akko, Tel-Raşa və Zuveykat yaşayış məntəqələrindəki hökumət qüvvələrinin mövqelərini atəşə tutublar.