ABŞ-ın dövlət borcu 23 trilyon dollara çatıb


Digərləri 02 Noy 2019 05:19:00 245 0

ABŞ-ın dövlət borcu 23 trilyon dollara çatıb

ABŞ-ın dövlət borcu yeni rekord nöqtəyə - 23 trilyon dollara çatıb

Bakı. ABŞ-ın dövlət borcu yeni rekord nöqtəyə - 23 trilyon dollara çatıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyi gündəlik hesabatında deyilir. Sənəddə göstərilən rəqəm ölkənin dövlət borcunun 31 oktyabra olan vəziyyətini əks etdirir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcu 2017-ci ildə ÜDM-nin 108 faizindən 2023-cü ildə ÜDM-nin 117faizinə qədər artacaq. ABŞ-ın mövcud borc problemləri 2007-2008-ci illərdəki maliyyə böhranının nəticəsidir. O vaxtdan ölkə bir neçə dəfə dövlət borcunun maksimumunu qaldırmaq məcburiyyətində qalıb. Bu məsələ ilə əlaqədər Demokratlar və Respublikaçılar arasında hər dəfə siyasi mübahisələr baş verir. (adsgarden = window.adsgarden || []).push({}); Barak Obamanın 8 il prezidentliyi dövründə ərzində ABŞ hökumətinin dövlətborcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatmışdır. Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ilə qədər 30 trilyon dollar səviyyəsinə yüksələcəyini gözləyirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin