İspaniyada 200 mindən çox insan daşqın gözlənilən zonalarda yaşayır


Dünya 01 Noy 2019 23:45:00 297 0

İspaniyada 200 mindən çox insan daşqın gözlənilən zonalarda yaşayır

İspaniyada 200 mindən çox insan 2050-ci ilə qədər daşqın gözlənilən zonalarda yaşayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Climate Central" təşkilatının bəyanatında bu məsələdən bəhs edilir.

İqlim dəyişiklikləri səbəbindən 2100-cü ilə qədər bu cür zonalarda yaşayan insanların sayının artaraq 340 minə çatacağı gözlənilir.

Donyana milli parkı yaxınlığında və Ebro çayının deltasındakı ərazilər daşqınlar ehtimalı baxımından İspaniyada ən təhlükəli zonalar hesab edilir.