Yeni doğulan uşaqlarda serebral iflici Səbəblər


Digərləri 01 Noy 2019 23:39:00 233 0

Yeni doğulan uşaqlarda serebral iflici  Səbəblər

Uşaq serebral iflic xəstəliyi ilk dəfə olaraq avstraliyalı psixoanalitik Ziqmund Freyd tərəfindən XIX əsrin sonunda aşkar edlilib. Xəstəlik baş beynin doğuşdan öncə, doğuş vaxtı və ya doğuşdan sonra müxtəlif səbəblərdən zədələnməsi ilə yaranır.

Son.az medicina.az-a istinadən bildirir ki, müasir dövrdə doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkir. Baş beynin zədələnməsi nəticəsində əmələ gələn uşaq serebral iflici döllərdə, yeni doğulan uşaqlarda, yaxud uşaqların ilk aylarında ortaya çıxır. İflic xəstəliyi zamanı müxtəlif hərəki pozğunluqlar, piramid yolların (hərəkət sistemi), qabığaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Psixi pozulmalar müxtəlif şəkildə - yüngül geridə qalmadan imbesil (əqli zəifliyin növü) dərəcəsinə qədər çata bilir.

Səbəblər

bətndaxili infeksiya, intoksikasiya, ananın şəkərli diabet, anemiyadan əziyyət çəkməsi, hamiləlik zamanı düzgün qidalanmama, vitamin çatışmazlığı, stress, gec və vaxtından əvvəl baş verən doğuşlar, doğuş travması uşaq serebral iflicinin əmələ gəlməsinə səbəb olur. Həmçinin hamiləlik dövründə ananın tütün məhsullarından, narkotik vasitələrdən, alkoqoldan istifadə etməsi və yaş faktoru yəni ananın yaşının 35-dən yuxarı olması bu xəstəliyin yaranmasına gətirib çıxarır.

Ananın hamiləliyin ilk aylarında infeksion, xüsusən virus xəstəliklər keçirməsinin böyük əhəmiyyəti var. Ekzantem infeksiyalar - məxmərək, herpes, kəskin respirator virus infeksiyaları, hətta anada yüngül, simptomsuz keçdikdə, döldə müxtəlif ağırlıqda beynin patologiyasını törədə bilər. İnfeksion proses dölə hematogen yolla (cift vasitəsilə) keçə bilər. Ananın infeksion xəstəliklərindən sonra döldə degenerativ dəyişikliklər gedir. Beynin hansı inkişaf dövründə patologiyaya uğramasından asılı olaraq müxtəlif qüsurlar, eybəcərliklər və inkişafdanqalma halları yaranır.

Xəstəliyin gedişatı

(adsgarden = window.adsgarden || []).push({});