Veqanlar yalnız bitki mənşəli qidalarlardan istifadə edirlər


Digərləri 01 Noy 2019 23:25:00 338 0

Veqanlar yalnız bitki mənşəli qidalarlardan istifadə edirlər

Beynəlxalq Veqan Günü 1994-cü i noyabrın 1-də təsis olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, veqan sözü ilk olaraq Donald Uotson tərəfindən işlədilib və "vegetarian" ingilis sözünün birinci üç və son iki hərfinin birləşməsindən əmələ gəlib. Həmin termin 1944-cü il noyabrın 1-də Londonda Uotson tərəfindən əsası qoyulmuş "Veqan"

Cəmiyyətində istifadə olunmağa başlanılıb.

Veqanizm sərt vegetarianlığı nəzərdə tutan həyat tərzidir. Veqanlar yalnız və yalnız bitki mənşəli, yəni tərkibində heyvan mənşəli komponentləri tamamilə istisna edən məhsullarla qidalanırlar. Onlar təkcə ət və balıq məhsullarından deyil, həm də heyvan mənşəli hər bir məhsuldan, o cümlədən yumurta, süd və baldan imtina edirlər. Veqanlar dəri, xəz, yun və ipək paltarlardan, habelə heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan istifadə etmirlər.

(adsgarden = window.adsgarden || []).push({});