Londonda 1.7 milyard dollarına həbs qoyulan bankir Bejamov narazıdır


Dünya 01 Noy 2019 22:25:00 371 0

Londonda 1.7 milyard dollarına həbs qoyulan bankir Bejamov narazıdır

Rusiyanın beynəlxalq axtarışa verdiyi bankir, "Vneşprombank"ın keçmiş səhmdarı Georgi Bejamov London Yüksək Məhkəməsinə müraciət edərək onun üçün nəzərdə tutulmuş aylıq yaşayış minimumun artırılmasını xahiş edib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə Bejamovun 1.7 milyard dollarını dondurub və ona həftədə cəmi 10 min funt sterlinq xərcləməyə icazə verib. Daha sonra məhkəmə Bejamovun xərlər limitini ayda 80 min funta qaldırıb. Lakin eks rusiyalı bankir bildirir ki, Londonda bu pula dolana bilmir və ona ayda ən azı 310 min funt sterlinq, yaxud 400 min dollar xərclik lazımdır.

Bejamov oktyabrın 30-da məhkəməyə təqdim etdiyi ərizəsndə bildirir ki, əgər məhdudiyyət qüvvədə qalsa o və ailəsi London və Monakodakı evlərini tərk etməli olacaq. Bejamovun nümayəndəsi castin Fenvik London Yüksək Məhkəməsindəki dinləmələr zamanı deyib ki, məhkəmə qərarı onun müştərisinin həyat standartlarını aşağı salıb və onu "xərclərə qənaət etməyə" məcbur edib.

Eks-bankir qeyd edir ki, hakim yanlış olaraq onun və ailəsinin həyat standartlarının 2015-ci ildə Rusiyanı tərk edəndən sonra aşağı düşdüyü qənaətinə gəlib. Əksinə, standartlar yüksəlib. Və o, əvvəllər etdiyi kimi pulunu istədiyi kimi xərcləmək haqqına malikdir.

Vəkil Fenvik bildirib ki, Bejamovun xərcləri həm də özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirlər üzündən artıb. Çünki onu oğurlamaqla və öldürməklə hədələyirlər. Üstəlik onun məhkəmə xərclərinə 7 milyon dollara yaxın pulu gedib.

(adsgarden = window.adsgarden || []).push({});