"Cəmil Həsənli hara, Qarabağ dərdi hara"


Siyasət 01 Noy 2019 21:20:00 371 0

"Cəmil Həsənli hara, Qarabağ dərdi hara"

"Dünən "Milli" Şuranın "sədr"i Cəmil Həsənli Vaşinqtonda mətbuat konfransı keçirəcəyinin anonsunu verəndə bəlkə də kimlərsə fikirləşdi ki, yəqin o, Dağlıq Qarabağdakı qanunsuz rejimin təmsilçisinin ABŞ Konqresində olmasından narahatdır. Ona görə özünün də orada olmasından faydalanıb işğal, terror və etnik təmizləmə nəticəsində yaradılmış qanunsuz rejimin təmsilçisinin Konqresinin binasına buraxılmasının beynəlxalq normalarla yanaşı, Amerika qanunlarına da sayğısızılıq olduğunu bildirəcək. Ən azından bir neçə il öncə Prezident seçkisinə qatılmış, Azərbaycana rəhbərlik iddiasını ortaya qoymuş biri kimi o bunu etməli idi. Amma Cəmil Həsənli hara, Qarabağ dərdi hara".

Son.az bildirir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev rəsmi "Facebook" hesabında yazıb.

Deputat əlavə edib ki, əgər o, hayların marağına cavab verməyən hansısa bir addım atsa, özü və mitinqdaşları aldıqları qrantın əhəmiyyətli bir hissəsindən axı vaz keçməlidirlər: "Bəli, nə Cəmil Həsənlini, nə də onunla bir Şurada olanları Qarabağ problemi maraqlandırmayıb, maraqlandırmayacaq da. Cəmil Həsənli Vaşinqtonda ola-ola cınqırını çıxarmasa da, Amerikanın çeşidli yerlərindən onlarla soydaşımız həmən gün Konqresin qarşısına yığışaraq Dağlıq Qarabağın qanunsuz rejiminin təmsilçisinin orada olmasına etirazlarını bildirdilər. Çünki Cəmil Həsənli və "Milli" Şuradakı mitinqdaşlarının hədəfi qrant, onlarınkı isə ölkənin torpaq bütünlüyü, güclü və qüdrətli Azərbaycandır".