"Xarici qüvvələr müxalifətdən alət kimi istifadə edir"


Siyasət 01 Noy 2019 20:53:00 296 0

"Xarici qüvvələr müxalifətdən alət kimi istifadə edir"

"Hər zaman müxalifət düşərgəsini təmsil edən şəxslər özlərini küçə uşaqları kimi aparırlar". Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, yəni ölkəmizdə nə isə bir xoşagəlməz vəziyyətin yaratmaq üçün əllərindən gələni edirlər: "Demək olar ki, güclü Azərbaycan dövlətinin uğurlarını həzm edə bilməyən xarici qüvvələr ölkəmizlə bağlı öz məkrli istəklərini həyata keçirmək üçün müxalifət təmsilçilərindən alət kimi istifadə edirlər. Ancaq heç vaxtı onlar öz məkrli istəklərinə çata bilməyəcəklər. Çünki onların gücü çatmaz ki, ölkəmizdə xoşagəlməz bir vəziyyət yaratsın".