Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edib


Dünya 01 Noy 2019 20:59:00 276 0

Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edib

Vaşinqton İrana qarşı sanksiyaları genişləndirərək siyahıya İslam Respublikasının tikinti sektorunu daxil edib, eləcə də nüvə və raket proqramlarında istifadə edilə biləcək materialların tədarükünə qadağa qoyub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İranın taleyi bundan sonra Messinin həmyerlisindən asılı olacaq.

İranın tikinti sektoru ona görə sanksiyalar altına düşüb ki, Vaşinqtonun fikrincə, bu sektor "birbaşa və ya dolayı yolla İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur". Bununla bağlı olaraq, emal olunmamış və ya yarı emal olunmuş metalların, qrafitin, kömürün və bu sahə üçün proqram təminatının İrana tədarükünə və ya ötürülməsinə qadağa qoyulur.

Bundan başqa, dörd növ materialın (polad boru növlərinin, folqanın və s.) tədarükü qadağa altına düşür. ABŞ-ın fikrincə, bu materiallar nüvə və ya raket proqramlarında istifadə oluna bilər.