Tarixdə bu gün: 1 noyabr


Digərləri 01 Noy 2019 20:24:00 348 0

Tarixdə bu gün: 1 noyabr

Son.az Cebhe.info-ya istinadən tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanırə Qısaca nəzər salır.

1604 - Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun Uaythol sarayında səhnəyə qoyulub. 1800 - ABŞ prezidentlərinin iqamətgahı - "Ağ Ev" istifadəyə verilib. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams oldu. 1897 - İtaliya futbol klubu "Yuventus" yaradılıb. 1906 - "Füyuzat" jurnalının ilk sayı çapdan çıxıb. 1922 - Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub və sonuncu Osmanlı sultanı VI Mehmed taxtdan endirilib. 1925 - İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və bununla Qacarların hakimiyyətinə son qoyulub. 1939 - Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib. 1993 - Maastrixt sazişi qüvvəyə minib və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb. 1998 - Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.

(adsgarden = window.adsgarden || []).push({});