Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb


Digərləri 01 Noy 2019 20:04:40 222 0

Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb

2019-cu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 87,895 min turist səfər edib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 87,895 min turist səfər edib. Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,62 faiz olduğunu açıqlayıb. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 718,564 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 5,51 faiz çoxdur. Bu dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,97 faiz təşkil edib.