Binəqədi və Xətaidə həyətləri su basıb


Digərləri 01 Noy 2019 19:39:00 229 0

Binəqədi və Xətaidə həyətləri su basıb

Paytaxtda gün ərzində yağan yağış nəticəsində Binəqədi və Xətai rayonlarında yaşayış evlərinin həyətlərini su basıb.

Son.az Trend-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.