Dünyanın ən yaraşıqlısı canlı yayımda kömək istədi: “Arzusu yeridiyini görməkdir”


Şou-biznes 01 Noy 2019 18:34:00 344 0

Dünyanın ən yaraşıqlısı canlı yayımda kömək istədi: “Arzusu yeridiyini görməkdir”

"Best model of Azerbaijan" və "Best model of world" müsabiqələrinin qalibi, model Rüstəm Cəbrayılov ARB TV-nin "Elgizlə İzlə" verilişində qonaq olub. Son.az xəbər verir ki, model dostunun iflic övladı üçün canlı yayımda yardım istəyib:

"Burada iştirakda məqsədim tanınmış insan kimi müraciət etməkdir. Dostumuzun övladı iflicdir, 4 yaşı var. 5 yaşına qədər əməliyyat olunmalıdır. Məbləğin bir hissəsinə biz dəstək olub, toplamışıq. 17 min manata ehtiyac var. Buradan dostlara, məşhurlara, xeyriyyəçi insanlara müraciət edirəm. Bu insanlar hər şeylərini satıblar. Uşağın atası da ağır xəstədir. Atasının arzusu övladının yeridiyini görməkdir ".

(adsgarden = window.adsgarden || []).push({});