ALBALI PLUS kartı ilə dünyada faizsiz taksitlə alış-veriş edin


Digərləri 01 Noy 2019 17:53:00 267 0

ALBALI PLUS kartı ilə dünyada faizsiz taksitlə alış-veriş edin

Unibank ALBALI PLUS kredit kartı olanlar üçün unudulmaz noyabr kampaniyası keçirir.

Bakı. Unibank ALBALI PLUS kredit kartı olanlar üçün unudulmaz noyabr kampaniyası keçirir. Bankdan Trend-ə verilən məlumata görə, bütün ALBALI PLUS kredit kartı sahibləri beynəlxalq endirimlərlə zəngin noyabr ayının 30-dək dünyanın istənilən yerində öz kartları ilə alış-veriş edərək, ödənişlərini hissə-hissə və faizsiz ödəmək imkanı qazanırlar. Aksiya çərçivəsində ALBALI PLUS kredit kartı ilə bütün dünya üzrə həm onlayn, həm də istənilən pos- terminalda əməliyyat edən müştərilərə əməliyyat haqqında sms bildiriş göndəriləcək. Sms-də məbləği 3 və ya 6 taksitə bölmək üçün kod qeyd olunacaq. Ödənişi etdikdən sonra sadəcə gələn SMS-də 3 və ya 6 ayı seçib, müvafiq kodu 8117-yə göndərmək kifayətdir. Məsələn, ödənişin 3 aya bölünməsini istəyən şəxs T3, 6 aya bölünməsini istəyən isə T6 və sms bildirişindəki kodu birgə yazıb 8117-yə göndərməlidir. (Nümunə T6 123456789) Taksitli sms aksiyasının şərtləri belədir: -Təqdim edilən kodu əməliyyat anından etibarən 1 saat ərzində göndərmək lazımdır; -Taksitə bölündükdən sonra müştəriyə məbləğin taksitə bölünməsi ilə bağlı sms gələcək; (Əgər hər hansı səbəbdən müştəri sms almazsa, Unibank mobile mobil tətbiqetməsində, bildirişlər bölməsindən əməliyyat haqqında bildirişə daxil olaraq kod rəqəmi əldə edə bilər) -Xarici ölkədə xidmətdən yararlana bilmək üçün mobil nömrənizdə rominq xidməti aktiv olmalıdır; -Əməliyyatlarını taksitə bölən müştərilər aksiyadan faizsiz faydalana biləcəklər. Daha ətraflı məlumatı saytdan (https://unibank.az/az/menus/294/sms_taksit) əldə etmək olar.