Deputat: "Cəmil Həsənlinin ABŞda Qərbi Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırması insanlıqdan kənardır"


Siyasət 01 Noy 2019 17:49:00 312 0

Deputat: "Cəmil Həsənlinin ABŞda Qərbi Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırması insanlıqdan kənardır"

"Milli Şura" adlanan qurumun rəhbəri Cəmil Həsənlinin gedib ABŞ-da Azərbaycana qarşı sanksiya tətbiq edilməsini təklif etməsi artıq insanlıq hislərinin olmaması məsələsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan haqqında yalan danışmaq, öz ölkəsinə böhtan atmaq, Azərbaycanı qara rənglərlə təsvir etmək vətənpərvərlik hissinin olmamasından irəli gəlir: "Azərbaycana qarşı sanksiyalar tətbiq edilsə, onun əziyyətini Azərbaycan vətəndaşları çəkəcək. Ola bilsin, Cəmil Həsənliyə söz versinlər ki, belə halda sənin və tərəfdarlarının heç bir problemi olmayacaq. Ümumiyyətlə, hakimiyyətə gəlmək üçün öz xalqını çətin vəziyyətə salmağa belə kimlərisə dəvət etmək artıq insanlıqdan kənar bir məsələdir.

İstənilən halda, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq, hər bir insan çalışmalıdır ki, ölkəsi daha da inkişaf etsin, insanlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşasınlar. Bizim müxalifətdə isə əksinədir. Onlar dövlətə şər atırlar, ölkəyə qarşı sanksiya tələb edirlər. Mənə elə gəlir ki, bunlar məsuliyyət hislərini tam itiriblər".

A.Mirzəzadə əlavə edib ki, radikal müxalifətin istəyi ilə erməni dairələrin istəyi üst-üstə düşür: "Biz həmişə haqlı olaraq demişik ki, onlar xaricdə anti-Azərbaycan mərkəzlərinin tapşırıqlarını icra edirlər, Azərbaycanda 5-ci kalon funksiyasını yerinə yetirirlər, Azərbaycana qarşı düşmənçilik edirlər. Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı sanksiya tətbiq edilməsini təklif etməklə bütün bunları bir daha sübut etdi".