Gəncədə 28 yaşlı gənc kafedə döyüldü


Digərləri 01 Noy 2019 17:09:00 225 0

Gəncədə 28 yaşlı gənc kafedə döyüldü

Gəncə şəhərində gənc oğlan kafedə döyülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki kafelərdən birində qeydə alınıb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanov Kamran Sahib oğlu kafedə düşən dava zamanı döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.