Yeni icra başçısından tapşırıq: Yevlaxda 15 il bağlı qalan mərkəzi küçədə hərəkət bərpa edildi


Digərləri 01 Noy 2019 16:21:00 223 0

Yeni icra başçısından tapşırıq: Yevlaxda 15 il bağlı qalan mərkəzi küçədə hərəkət bərpa edildi

Yevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib.

Bakı. Samir Əli - Yevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib. Trend-in məlumatına görə, Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev bununla bağlı tapşırıq verib. Xatırladaq ki, həmin yol Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir. (adsgarden = window.adsgarden || []).push({}); Rayon sakinləri Trend-ə bildirib ki, 15 ildir bağlı olan yol avtomobillərin şəhərin mərkəzi ilə hərəkətinə çətinlik yaradırdı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin