Deputat: "Son 1 ay Azərbaycanın xarici siyasətində yeni mərhəlinin başlanğıcı oldu"


Siyasət 01 Noy 2019 16:07:00 43 0

Deputat: "Son 1 ay Azərbaycanın xarici siyasətində yeni mərhəlinin başlanğıcı oldu"

Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevrilib.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir:

"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu Prezident İlham Əliyev müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirməsi nəticəsində Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır.

Son 1 ay isə Azərbaycanın xarici siyasətində baş verən hadisələr yeni mərhələnin başlanğıcı oldu.

Bu ilin oktyabr ayının 3-də Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan "Valday" Beynəlxalq Diskussiya Klubunun Asiya problemlərinə həsr olunan əsas plenar iclası Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatla yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndidə söylədiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına kəsərli cavab verərək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

"Valday" Beynəlxalq Diskussiya Klubunun yaradıcılarından biri Fyodr Lukyanovun qeyd etdiyi kimi, İlham Əliyevin "Valday" forumunda Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi".

Deputat vurğulayıb ki, oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi: "İşğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa edən Prezident İlham Əliyev İkinci Dünya Müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsi olduğunu gündəmə gətirdi. Prezident İlham Əliyev həm də faktlarla Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi, Ermənistanın apardığı işğalçı siyasətin faşizmə olan sevgisini dünya ictimaiyyətinə çatdırdı. Həmçinin, faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəli olduğunu diqqətə çatdırdı.

Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunması isə qlobal miqyasda artan nüfuzun göstəricisi, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsi, uğurlu xarici diplomatiyanın bəhrəsi oldu. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer alır. Prezident İlham Əliyevin XVIII Zirvə görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha ifadə etdi".

Türkiyədə keçmiş İŞİD rəhbərinin fərdi aşpazı saxlanıldı like
  • 01 Noy 16:06  
Digərləri Türkiyədə keçmiş İŞİD rəhbərinin fərdi aşpazı saxlanıldı

Türkiyənin Çankırı vilayətində İŞİD terror təşkilatına qarşı növ

arrow Ətraflı
Bakıda 12 yaşlı oğlan evdən oğurluq etdi, anası onu polisə verdi like
  • 01 Noy 16:04  
Digərləri Bakıda 12 yaşlı oğlan evdən oğurluq etdi, anası onu polisə verdi

Bakıda ana evdən oğurluq etdiyinə görə 12 yaşlı oğlunu polisə şikayə

arrow Ətraflı
BMT QAK Azərbaycana təşəkkür etdi like
  • 01 Noy 16:00  
Digərləri BMT QAK Azərbaycana təşəkkür etdi

Bu gün Bakıda “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azə

arrow Ətraflı
Vüsalə: "Yıxılanı baltalamağa bir canıq" like
  • 01 Noy 15:59  
Şou-biznes Vüsalə: "Yıxılanı baltalamağa bir canıq"

"Gəlin etiraf edək ki, millət olaraq yıxılanı baltalamağa bir canıq

arrow Ətraflı
BNA: Avtobuslarda gediş haqqı artırılmayacaq, like
  • 01 Noy 15:55  
Digərləri BNA: Avtobuslarda gediş haqqı artırılmayacaq,

Bakı Nəqliyyat Agentliyi (BNA) pik saatlarda paytaxtdaxili sərnişin daşıya

arrow Ətraflı
Deputat: Son 1 ay Azərbaycanın xarici siyasətində yeni mərhəlinin başlanğıcı oldu like
  • 01 Noy 15:55  
Digərləri Deputat: Son 1 ay Azərbaycanın xarici siyasətində yeni mərhəlinin başlanğıcı oldu

Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin ardıcıllıqla həyata k

arrow Ətraflı
Vasif indi də mühafizəçini aşağıladı: “Get, gözətçiliyini et” like
  • 01 Noy 15:54  
Şou-biznes Vasif indi də mühafizəçini aşağıladı: “Get, gözətçiliyini et”

Əməkdar artist Vasif Məhərrəmli ötən gün "Xəzər" TV-də yay

arrow Ətraflı
BNA: Qeyri-pik saatlarda marşrutlarda gediş haqqı artırılmayacaq, 50 faiz ucuz olacaq like
  • 01 Noy 15:48  
Digərləri BNA: Qeyri-pik saatlarda marşrutlarda gediş haqqı artırılmayacaq, 50 faiz ucuz olacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) pik saatlarda paytaxtdaxili sərnişin daşıya

arrow Ətraflı
Axtarışda olan 31 nəfər saxlanıldı like
  • 01 Noy 15:40  
Digərləri Axtarışda olan 31 nəfər saxlanıldı

Oktyabrın 31-dən noyabrın 1-dək daxili işlər orqanlarında qeydə alınmı

arrow Ətraflı
Qadın xəyanətinə haqq qazandıran Münəvvər Əliyevanı qınadılar like
  • 01 Noy 15:39  
Şou-biznes Qadın xəyanətinə haqq qazandıran Münəvvər Əliyevanı qınadılar

Əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkədə tənqid atəşinə tu

arrow Ətraflı
"Bir gün gəlməsəm bil ki, dünyada yoxam" like
  • 01 Noy 15:34  
Şou-biznes "Bir gün gəlməsəm bil ki, dünyada yoxam"

30 oktyabr - ölüm günündə "5/5"də yad edilən mərhum sənətçi

arrow Ətraflı
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir (FOTO) like
  • 01 Noy 15:33  
Digərləri Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir (FOTO)

"Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında məcburi köçkün

arrow Ətraflı
Türk aktyor 4 milyonluq restoran tikdirir like
  • 01 Noy 15:29  
Digərləri Türk aktyor 4 milyonluq restoran tikdirir

Türkiyəli aktyor İsmail Hacıoğlu İstanbulun Hasköy adlı ərazisidə rest

arrow Ətraflı