Komitə sədri: "Gələn ilin sonuna qədər 7000dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq"


Digərləri 01 Noy 2019 16:19:00 297 0

Komitə sədri: "Gələn ilin sonuna qədər 7000dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq"

"Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.

R.Rzayev deyib ki, bu işlərin icrası üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib: "Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq".

Komitə sədri qeyd edib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə 3 bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir: