Vasif indi də mühafizəçini aşağıladı: “Get, gözətçiliyini et”


Şou-biznes 01 Noy 2019 15:54:00 333 0

Vasif indi də mühafizəçini aşağıladı: “Get, gözətçiliyini et”

Əməkdar artist Vasif Məhərrəmli ötən gün "Xəzər" TV-də yayımlanan "5/5" proqramında qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, televiziyanın qaydalarına əsasən, verilişə gələn şəxs mobil telefonunu mühafizəçiyə təhvil verməlidir. Lakin müğənni bundan imtina edib. Bu zaman isə onunla nəzarətçi arasında mübahisə yaşanıb. V.Məhərrəmli mühafizəçini aşağılayaraq ona "Get, gözətçiliyini et" sözlərini söyləyib.

Kulisdə olan bu münaqişənin səsləri isə canlı yayıma yansıyıb. Aparıcı Zaur Kamal onları sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, V.Məhərrəmli artıq bir neçə dəfədir ki, müxtəlif peşə nümayəndələrinə qarşı kobud ifadələr səsləndirir.

Belə ki, o, ötən günlərdə "Ay Zaur" proqramında "Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" ifadələrini işlədərək, insanların qəzəbinə tuş gəlmişdi. Daha sonra isə verdiyi açıqlamada media nümayəndələrini günahkar tutaraq, onlara qarşı düzgün olmayan ifadələr işlədib, sözlərini təkzib etmişdi.