BNA: Avtobuslarda gediş haqqı artırılmayacaq,


Digərləri 01 Noy 2019 15:55:00 263 0

BNA: Avtobuslarda gediş haqqı artırılmayacaq,

Bakı Nəqliyyat Agentliyi (BNA) pik saatlarda paytaxtdaxili sərnişin daşıyan avtobuslarda gediş haqqının fərqli olması ilə bağlı yaranan anlaşmazlığa aydınlıq gətirib.

Gediş haqqları yenidən DƏYİŞƏCƏK: Pik saatlarda... - RƏSMİ AÇIQLAMA - FOTO

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Son.az-a açıqlamasında bildirib ki, məlumat ictimaiyyət tərəfindən səhv anlaşılıb: "Marşrutlarda kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini bildirmişəm. Yəni ortada hələ konkret nəsə yoxdu, sadəcə bu məsələ fikir olaraq söylənilib.

Bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub.

Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA, yox digər müvafiq qurum tərəfindən həyata keçirilir.