Vüsalə: "Yıxılanı baltalamağa bir canıq"


Şou-biznes 01 Noy 2019 15:59:00 340 0

Vüsalə: "Yıxılanı baltalamağa bir canıq"

"Gəlin etiraf edək ki, millət olaraq yıxılanı baltalamağa bir canıq. Heç vaxt, heç vaxt deməyin! Həyatın bizə verəcəyi acı və şirin sürprizlərdən xəbərsizik".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, ötən gün ad gününü qeyd edən prodüser Təranə Səmədovanın ünvanına yazılan tənqidlərə reaksiya verib.

Vüsalə eyni zamanda Təranənin özəl gününə qatılmayan şou əhlini qınayıb:

"Unutmayın, öz pis əməllərinin açılmasından qorxan insanlar gizlənər. Biz Təranəylə heç vaxt yaxın dost olmamışıq, həmişə sənət aləmində bir-birini tanıyan, gözəl münasibəti qoruyub saxlıyan insan olmuşuq. Suel (Təranənin qızı - red.) isə bütün uşaqlar kimi mələkdir. Bu dünyaya pis uşaq gəlmir. Pis valideyndən tərbiyə alır və ya valideyn diqqətsizliyindən pis mühitə düşür, bunu da unutmayın. Mənim üçün bu önəmlidir, çünki həyatı, insanları və insanlığı sevirəm. Amma əvvəl canbir, bacı, sirdaş kimi özünü göstərənlər nədənsə, bu gün gözümə dəymədi.