"Bir gün gəlməsəm bil ki, dünyada yoxam"


Şou-biznes 01 Noy 2019 15:34:00 314 0

"Bir gün gəlməsəm bil ki, dünyada yoxam"

30 oktyabr - ölüm günündə "5/5"də yad edilən mərhum sənətçi Məmmədbağır Bağırzadə ilə bağlı uzun illər onun duet ortağı olmuş Zöhrə Abdullayeva fikirlər səsləndirib.

Son.az xəbər verir ki, oğlunun ölümündən sonra efirlərdən uzaqlaşan xanım müğənni efirə telefonla qoşulub.

Zöhrə Abdullayeva mərhum duet ortağı barədə təsirləndirən ifadələr işlədib:

"Dahi bəstəkar, dahi şair, dahi xanəndə, dahi müğənni - Bu dördü də Məmmədbağırda var idi. İncəsənətdə dünyasını dəyişən sənətkarlar içində ən çox rəhmət aparan Məmmədbağırdır. Mən onun hər il məzarına gedirəm, yad edirəm. Mənim qardaşım olub, sirdaşım olub, dostum olub, ağzımın çörəyi, duzu olub. Mən onu itirmərəm. Mənim sonuncu müəllimim də Məmmədbağır olub. Mən hər zaman Məmmədbağırın məzarına gedirəm. Ona məzarında deyirəm ki, "Mən gələcəm, yad eləyəcəm səni. Bir gün gəlməsəm bil ki, dünyada yoxam". 10 il onunla bir yerdə işlədik".