Şabranda ağır qəzada ər-arvad öldü


Digərləri 01 Noy 2019 14:41:00 237 0

Şabranda ağır qəzada ər-arvad öldü

Şabran rayonunun Ağalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Şabran rayonunun Ağalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 31-də saat 16 radələrində Şabran rayonunun Ağalı kəndi ərazisində rayon sakini Vasif İsmixanovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Ş.Şirvanlının idarə etdiyi “Hyundai HD72” markalı yük avtomobilləri toqquşub. Nəticədə V.İsmixanovun sərnişini olan arvadı Könül İsmixanova hadisə yerində, özü isə yerləşdirildiyi xəstəxanada ölüblər. (adsgarden = window.adsgarden || []).push({}); Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin