Ombudsman istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi


Digərləri 01 Noy 2019 14:34:00 400 0

Ombudsman istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, E.Süleymanova işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini deyib:

"Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən bu haqda danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda "rəsmi qərarı gözləyirəm" dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm".