Bakıda iki minik avtomobili toqquşdu, biri yandı


Digərləri 01 Noy 2019 14:39:00 264 0

Bakıda iki minik avtomobili toqquşdu, biri yandı

Bakı şəhərinin Nərimanov rayonunda "Audi" və "Lada" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nəticədə "Audi" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hisəssi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.