Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb


Digərləri 01 Noy 2019 14:29:00 307 0

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb.

Bakı. Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Şöhrət Zeynalov Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib. Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Zeynalov saxlanılıb. Bununla yanaşı rayon ərazisində vətəndaşa məxsus nar bağından oğuluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini Davud Heydərov, restoranların birindən su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini Vüsal Şiralıyev saxlanılıb. (adsgarden = window.adsgarden || []).push({}); Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin