"Çəkilişlərdə qonorar çox aşağıdır, aktyorlara verilən yeməklər bərbaddır"


Şou-biznes 01 Noy 2019 13:59:00 335 0

"Çəkilişlərdə qonorar çox aşağıdır, aktyorlara verilən yeməklər bərbaddır"

Xalq artisti Səidə Quliyeva film və serial çəkilişlərində peşəkar aktyor-aktrisalara olan münasibətdən gileylənib.

Sənətkar "ölkə.az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, aktyorluq kənardan asan görünsə də, yetərincə çətin peşədir:

"Vallah, kənardan baxanda aktyorların işi çox adama asan gəlir. Lakin çəkiliş meydanında aktyorlar çox əziyyət çəkirlər. Bəzən 5 dəqiqəlik səhnə saatlarla çəkilir. Aktyorların iş saatı bilinmir, bizi gecə 3-4-də də çəkilişə çağıra bilərlər. "

S.Quliyeva aktyorların bu əziyyətin müqabilində lazım olan qonorarı almadıqlarını da dilə gətirib.

"Aktyorlara lazım olan qiyməti, normal qonorarı vermirlər. Verilən qonorar isə çox aşağıdır. Biz gərək aldığımız pulu dava-dərmana verək, çünki bu, bizim üçün stressdir. Söhbət ciddi, peşəkar aktyorlardan gedir. Onlar layiq olduqları məbləği almırlar. Baxın, belə deyim, sabah o aktyor yaxşı qonorar alsa, yaxşı yerlərdə istirahət edər, özünü müalicə etdirər, məişət problemləri olmaz, beyni başqa fikirlərlə dolu olmaz. Özünü sırf sənətinə  həsr edib, ortaya daha gözəl işlər qoya bilər. Amma bizə verilən qonorar o qədər cüzidir ki, ancaq yol pulumuza çatır". Akrisa çəkiliş meydanında verilən yeməklərdən də söz açıb.

"Bizim çəkiliş meydançalarımızda aktyorlara verilən yeməkləri demirəm. Çox bərbad vəziyyətdə olur. Mən məcbur olmadıqca o yeməklərdən yemirəm. İnsan o qidalardan mədə xəstəliyi tapar".