"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 2 elektromobilin satınalması üzrə açıq müsabiqə elan edir


Digərləri 01 Noy 2019 14:00:00 261 0

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 2 elektromobilin satınalması üzrə açıq müsabiqə elan edir

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 2 ədəd elektromobilin satınalması üzrə açıq müsabiqə elan edir.

Bakı. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 2 ədəd elektromobilin (4 oturacaqlı, yükgötürmə: 100-150 kq, maksimal sürət: 30-35 km) satınalması üzrə açıq müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 7 noyabr 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 11 noyabr 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 12 noyabr 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.