Expressbank-ın gəlirliyi artıb (FOTO)


Digərləri 01 Noy 2019 13:00:00 257 0

Expressbank-ın gəlirliyi artıb (FOTO)

Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından biri olan Expressbank 2019-cu ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayıb.

Bakı. Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından biri olan Expressbank 2019-cu ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən Bankın xalis mənfəəti 25.59 mln manata çatıb. Nəticədə kapitalın illik gəlirlik göstəricisi 28%-dək yüksəlmişdir. Həmçinin kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2.1%-dən 1.7%-ə qədər azalmışdı. III rübünün yekununda Bankın faiz gəlirləri 27.91 mln manat, faiz xərcləri isə 7.97 mln. manat olmuşdur. Beləliklə 19.9 mln. manat faiz mənfəəti əldə edilmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 20.5% artım deməkdir. Kapitalın adekvatlıq səviyyəsinə görə Bank yüksək nəticələr nümayiş etdirərək dayanıqlıq göstəricilərinə görə aparıcı sıralarda qərarlaşmışdır. Belə ki, cari ilin III rübünə I dərəcəli kapitalın adekvatlığı 38%, məcmu kapitalın adekvatlığı isə 50% təşkil etmişdir.