Sumqayıt vəkil 40 yaşlı piyadanı vurub öldürdü


Digərləri 01 Noy 2019 12:17:16 343 0

Sumqayıt vəkil 40 yaşlı piyadanı vurub öldürdü

Azərbaycan Vəkillər Kollegiyasının üzvü qəza törədib.

Bakı. Samir Əli - Azərbaycan Vəkillər Kollegiyasının üzvü yol qəzası törədib. Trend-in məlumatına görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində, "Tərlan" şadlıq sarayının qarşısında baş verib. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun sədri, 1969-cu il təvəllüdlü Nəhmətov Fazil İldır oğlu özünə məxsus "Wolksvagen Passat" markalı 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən Saray qəsəbə sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Esmira Sehriman qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı cinayət işi başlanıb. Xatırladaq ki, F.Nəhmətov 2002-ci ildən vəkillik fəaliyyəti ilə məşğuldur və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin