Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi (ADLARI)


Digərləri 01 Noy 2019 12:07:09 283 0

Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi (ADLARI)

Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb

Bakı. Samir Əli - Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb. Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, "VAZ 21 06" və "VAZ 21 07" markalı minik avtomobilləri "TIR" markalı yük avtomobili ilə toqquşub. İnsident nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə nəticəsində xəsarət alan, rayonun Alakol kənd sakinləri - 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957-ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959-cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı və 2002-ci il təvəllüdlü Rüstəmova Aylin Adil qızı müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (adsgarden = window.adsgarden || []).push({}); Xəstəxanadan Trend-ə verilən məlumata görə, 7 yaşlı A.Rüstəmovanın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin