"Çukur"u məhkəməyə verdilər


Digərləri 01 Noy 2019 09:29:00 250 0

"Çukur"u məhkəməyə verdilər

Türkiyəli vəkil Funda Sadıkahmet Alp "Çukur" serialını məhkəməyə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, vəkil həm ekran işinin yayınlandığı "Show TV" kanalı eyni zamanda "Ay Yapım" şirkətindən şikayətçi olub. Serial barədə vəkillik peşəsini təhqir, xalqı qanunlara əməl etməməyə təhrik etmək ittihamları irəli sürülüb.

"Ay Yapım" tərəfindən çəkilən serialın 29-cu bölümündə vəkilə qarşı fiziki və mənəvi şiddətə yol verilib və ona "Sabah o adamlar azad ediləcək" deyə əmr verilir.

İddiaya görə, izləyicilərin gözündə belə obraz yaratmaq və bunu normallaşdırmaq cinayətdir.

(adsgarden = window.adsgarden || []).push({});