3 otaqlı ev yanıb


Digərləri 01 Noy 2019 08:19:00 258 0

3 otaqlı ev yanıb

Lerik rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Lerik rayonunun Lərmərud kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.