Azərbaycan Ukraynanın dəniz limanlarından fəal istifadə edir


Digərləri 01 Noy 2019 08:07:00 191 0

Azərbaycan Ukraynanın dəniz limanlarından fəal istifadə edir

Azərbaycan şirkətləri Ukraynanın dəniz limanlarından fəal istifadə edir.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk deyib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Odessa və "Pivdennı" limanlarında Azərbaycan nefti və neft məhsullarının qəbulu keçirilir:

"Çernomorsk və Nikolayev limanlarında isə Ukrayna ilə Azərbaycan arasında idxal-ixrac yükləri aşırılır".

S.Ştelyuk 2017-ci ilin oktyabarından "Pivdennı" limanında neft tankerlərindən liman yığımlarına 75 faiz endirim tətbiq edilib:

"Bu qərar Azərbaycan neftinin Avropa İttifaqı ölkələrinin neft emalı müəssisələrinə tranziti üçün zəruri şərait yaradır. Hazırda Ukrayna Nazirlər Kabineti bütün daşımalar üzrə liman yığımlarının liberallaşdırılması prosesinin fəallaşdırılması üçün tədbirlər keçirir. Bunun əsas məqsədi Ukrayna dəniz limanlarının Şərq-Qərb marşrutu üzrə tranzit daşımalarının reallaşdırılmasında əsas halqa qismində rəqabətqabiliyyətli tarif və qiymət siyasətinin formalaşdırılmasıdır".