Hazırkı dövrdə ən çox yayılmış xəstəlik


Digərləri 01 Noy 2019 07:55:00 251 0

Hazırkı dövrdə ən çox yayılmış xəstəlik

Hazırkı dövrdə ən çox yayılmış, bakteriya etiologiyalı zöhrəvi xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin məlumatlarına görə, hər il dünyada 150 milyona qədər adam süzənəklə xəstələnir. Bəzi ölkələrdə bu xəstəlik sayına görə yalnız qrip xəstəliyindən geri qalır.

Son.az tibb.az-a istinadən xəbər verir ki, süzənəyin törədicisi olan qonokokklara mikroskopla baxdıqda onlar qəhvə dənələrini xatırladır. İnsan orqanizmində onlar selikli qişalarda (cinsiyyət üzvlərində, gözdə, düz Bağırsaqda, qırtlaqda, uşaqlıq yolunda və boynunda) artıb çoxalır və iltihab əmələ gətirir. Süzənək sinir, ürək-damar, tənəffüs sistemlərində pozğunluqlar, hətta sepsis (qanın zəhərlənməsi) əmələ gətirə bilər.

Xəstəliyin mənbəyi süzənəkli xəstə şəxsdir. Böyük yaşlılar, demək olar ki, həmişə cinsi əlaqə yolu ilə, uşaqlar, kiçik qızlar isə ən çox xəstənin mikroblarla çirkləndirdikləri əşyalar (döşək ağı əski, dəsmal və s.) vasitəsilə yoluxurlar.

Süzənəyin kəskin, xronik və gizli formaları məlumdur. Xəstəliyin yoluxmasından onun kliniki əlamətlərinin meydana çıxmasına qədər olan gizli dövrü adətən 3-7 gün olur. Gizli dövr bəzən uzanaraq 2-3 həftəyə çata bilər. Adətən müxtəlif dərman maddələrinin, xüsusilə antibio-tiklərin sistemsiz qəbulu da gizli dövrün uzanmasına səbəb olur.

Kişilərdə süzənək

Kişilərdə sidik axarlarının süzənəklə yoluxmasının süzənək uretriti ilk əlaməti sidik kanalından irinli məhtəviyyatın gerünməsi və sidik ifrazında sancı-yanğılı ağrı hissidir. Məhtəviyyatın miqdarı iltihab prosesinin ağırlığından, orqanizmin ümumi vəziyyətindən asılıdır. Xəstəliyin ilk dövrlərində iltihab prosesi sidik kanalını en hissəsinin selikli qişasında olur. Odur ki, xəstəliyin bu dövründə həkimə müraciət etmək böyük əhəmiyyət daşıyır. həkimin nəzarəti altında vaxtında başlanmış müalicə qısa müddətdə xəstənin sağalması ilə nəticələnir. Əkər müalicəyə vaxtında başlanmırsa, xəstəliyin törədiciləri - qonokokklar ekdiq kanalın arxa hissələrinə keçərək onun selikli qişasını başdan-başa yoluxdururlar. Belə xəstələrdə yanğılı ağrılar güclənir, tez-tez sidik ifraz etmək ehtiyacı duyulur, sidik ifrazatı ağrılı olur və sonunda qan damcısı görünür. Yoluxmuş kişilərin bir çoxunda süzənək xəstəliyi lap əvvəldən zəif iltihab əmələ gətirir, irinli məhtəviyyat o qədər az olur ki, xəstə yalnız cinsiyyət üzvünü barmaqlan ilə sıxdıqda az miqdarda irinli məhtəviyyat görünür. Xəstələr sidik kanalında gicişmədən, bəzən sidik ifrazının əvvəlində kanalda hiss olunan ağrılardan şikayətlənirlər. Belə yüngül keçən süzənək xəstəliyində kişilər özlərinin yoluxduqlarını hiss etmirlər. Kəskin süzənək müalicə olunmadıqda sidik kanalının iltihabı getdikcə azalır və xəstəlik xronik şəklə keçir, klinikasına görə xronik uretriti xatırladır.

Kəskin və xronik süzənək kişilərdə pülükdə, cinsiyyət üzvünün ön hissəsində və sidik kanalı vəzilərində iltihab əmələ gətirə bilər. Lakin ən ciddi fəsadlar prostat vəzinin (prostatit), onun artımlarının (epididimit), toxum kisəciklərinin (vezikulit) iltihabı və sidik kanalının daralmasıdır. Fəsadların əmələ gəlməsində ağır fiziki əməyin, uzun sürən cinsi qıcıqlanmanın və spirtli içkilərin qəbul olunmasının böyük rolu vardır. , Süzənək epididimiti adətən kəskin şəkildə inkişaf edir. İltihab baş verən artımlarda kəskin ağrılar, zəiflik, 38 - 40°S hərarət, baş ağrıları, xayalığın iltihab olan tərəfində qızartı verir. Xaya artımının həcmi böyüyür, bərkiyir, çox ağrılı olur. Xəstə çətinliklə hərəkət edir. Çox vaxt proses birtərəfli olur. İkitərəfli epididimit çox vaxt sonsuzluğun əmələ gəlməsində əsas səbəblərdəndir. Kişilərdə prostat vəzinin iltihabı (prostatit) süzənək zamanı ən çox baş verən fəsaddır. Prostatit də kəskin və xronik ola bilər. Xronik prostatit çox ciddi xəstəlikdir və çox vaxt cinsi zəifliyə və axırda sonsuzluğa səbəb olur.

Qadınlarda süzənək

(adsgarden = window.adsgarden || []).push({});