"Rəqsanə qızı Aysunun "Maşın" şoudan getməsinə görə..." Murad Dadaşov SİRLƏRİ AÇDI


Şou-biznes 01 Noy 2019 07:41:00 337 0

"Rəqsanə qızı Aysunun "Maşın" şoudan getməsinə görə..."  Murad Dadaşov SİRLƏRİ AÇDI

Xalq artisti Murad Dadaşov teleqraf.com-un suallarını cavablandırıb.

Son.az həmin müsahibəni təqdim edir:

- Murad bəy, artıq "Maşın" realiti-şounun növbəti buraxılışı bitdi. Yeni layihələr edəcəksiniz?

- "Maşın" şounun ən pik nöqtəsindəyik və bu şou ilə ayrılırıq. 2020-ci ildə yeni layihələrə başlayırıq. "MGP" şirkəti maraqlı layihələr təqdim edəcək. Azərbaycan səhnəsində yalnız "Maşın" şou ilə qalmaq istəmirəm.

- Yeni layihələrinizin formatı necə olacaq?

- Hazırda maraqlı realiti-şou düşünürük. Büdcəsi "Maşın" şoudan qat-qat bahalı olacaq. Ola bilsin ki, ilk verilişin iştirakçıları məşhurlar yox, sıravi vətəndaşlar olsun. Ondan sonra bir neçə layihəmiz olacaq. "Mərc" şou mənim ən sevdiyim layihə idi. Onu yenidən bərpa etmək istəyirəm. Üç aparıcı nəzərdə tutulub. Aparıcılardan biri artıq dəvəti qəbul edib.

- Verilişləriniz ATV kanalında yayımlanacaq?

- Yalnız ATV deyil, bütün kanallarda yayımlana bilər. Hətta "You Tube" kanalında da ola bilər. Yeni il öncəsi mətbuat konfransı keçirəcəm və yeni layihələrimi təqdim edəcəm.

- Aparıcılar yeni simalar olacaq, yoxsa tanınmış aparıcılarla işləyəcəksiz?

- Yeni simalar olacaq. Amma yeni simaları göydən endirə bilmərəm. Əlbəttə ki, tanıdığınız aparıcılar olacaq.

- Murad bəy, müğənni Rəqsanə İsmayılova "Maşın" şou haqda müəyyən iradlar səsləndirdi. Aparıcı Kəmalə Piriyevanın əlini maşından götürməsi və oyundan çıxarılmamasını iddia etdi. Onunla şou bitdikdən sonra danışdınızmı?