48 yaşında kamera qarşısına keçdi, 53 yaşında ən yaxşı oldu


Digərləri 01 Noy 2019 07:48:00 260 0

48 yaşında kamera qarşısına keçdi, 53 yaşında ən yaxşı oldu

Ersen Kesal: "Rola girməyi bacarmıram, oynamıram, obrazın özü oluram" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, sadəcə bir aktyor deyil, şair, yazar, ssenarist, xəstəxana sahibi və aktyordur. 48 yaşında kamera qarşısına keçən, 53 yaşında "Türkiyənin ən yaxşı kişi aktyoru" mükafatını alan yeganə aktyordur. Ən son obrazı "Çukur" serialında İdris Koçovalı ilə hər kəsi özünə heyran qoyan Ercan Kesal Türkiyə mətbuatına müsahibə verib.   - Yeni kitabınız "Velhasıl"dan başlayaq.

- Bu kitab illərdir yığılıb qalan yaşadıqlarımın bir nüsxəsidir. İlk kitabım 2013-cü ildə yayımlanıb. Əslində isə 1980-ci ildən öz hisslərimi yazmağa başlamışam. Hətta Tibb fakültəsində oxuyarkən də yazırdım. Bu günə qədər cəmi 9 kitabım çap olunub. Bütün yazılarımı topladım və onları kitab halına gətirdim. İstədim ki, oxucular hər şeyə şahid olsunlar.    - Sadiq oxucu kütləniz varmı?

- Türkiyədə sadiq oxucular hər zaman var. Onlar çox oxuyurlar. Hətta həyatlarını yalnız oxumağa həsr edən insanlarımız da var. Əlbəttə ki, mənim yazdıqlarımı da oxuyurlar. Son iki ildir ki, çox məşhur serial olan "Çukur"da baş rolu canlandırıram. Burada canlandırdığım obraz məni daha da məşhurlaşdırdı. Məşhur olduqdan sonra insanlar kitablarımı daha çox alıb oxumağa başladılar. Əslində, bu serialdan əvvəl bir çox filmlərdə rol almışam. Ancaq bu serialla daha çox tanındım. Bundan başqa, bir qəzetdə davamlı olaraq hekayələrim çap olunur, o hekayələrin də  öz oxucuları var.    - Sizcə, biz, oxuyan bir cəmiyyətik? Bəziləri bunun əksini iddia edir.

- Cəmiyyətin adından danışıb, ona qarşı çox da haqsızlıq etməyək. Kitab nəşri ilə məşğul olan nəşriyyatlar hələ də işləyirlər. Oxuyan, amma bir yandan da yazan böyük bir kütlə var. İnsanlar heç bir şey yazmasalar belə, sosial şəbəkələrdə öz bloqlarını yaradırlar və fikirlərini  çəkdikləri video və ya hazırladıqları süjet  vasitəsi ilə ifadə edirlər. Ancaq çox oxuyan, insan bir müddət sonra istər-istəməz yazmağa başlayır. Məncə, insanı yazmağa vadar edən tək şey çox oxumaqdır. Mənim də kitablarla iç-içə keçən bir həyatım olub.    - "Velhasıl"ı niyə oxuyaq?

- Bu kitab sanki "Peri Gazozu" və "Cin aynası" kitablarımın qohumudur. Mənim ədəbiyyatçı tərəfim aktyorluğuma, ssenaristliyimə və rejissorluğuma çox bənzəyir. Kitablarımı həyatın içindən, səmimi oxucularla söhbət edərək kimi yazıram. Qəliz fikirləri, çətin cümlələri və qarışıq dili sevmirəm.   - Həkim, aktyor, rejissor və yazarsınız. Bunların hamısı bir arada çətin deyil?

- Əlbəttə ki, çalışdığım sahələrin hamısı bir-birinə bənzəyir və onların özlərini  bəsləməsi o qədər də çətin deyil. Misal üçün, çox kitab oxumağım aktyorluğumu bəsləyir. Aktyorluq, sadəcə bir şeyi təqlid etmək deyil, dərinləşdirməkdir.    - Həkimlik peşənizə nə zaman son verdiniz?

- Bu sənətim, pasiyentlərin, yaşadıqları hekayələri mənə  danışdıqları an dayandı. Çünki siz həkimə gedəndə, sadəcə ağrıyan nahiyələrinizdən danışmırsınız, yaxşı həkim sizə doğru-düzgün sualları verəndə, artıq ona öz hekayənizi danışmağa başlayırsınız. Belə ki, siz həkimin sualına cavab olaraq  ona bütün ailə hekayənizi, uşaqlığınızı, keçirdiyiniz əməliyyatlarınızı, ailədə xəstəliyin olub-olmadığını danışırsınız. Ciddi bir xəstəliyinizin olub-olmadığı bunları danışandan sonra ortaya çıxır. Beləliklə, bəzən fərqində olmadan heç kimə demədiyiniz sirlərinizi də həkimə danışmış olursunuz. Əslində, mən də pasiyentlərimin sirr katibi idim. Artıq həkim deyiləm. Məcburi xidmətdən sonra uzun illər Anadoluda işlədim. İstanbula gəldikdə isə öz xəstəxanamı açdım. İndi özəl xəstəxanamı işlədirəm. Beləliklə, xəstələrimlə və xəstələrimin yaxınları ilə də heç bir əlaqə itməyib.   - Şiddət görüntülərinin bol olduğu "Çukur" serialının baş rolunda çəkilirsiniz. Son zamanlar özündə şiddət əks etdirən serialların sayı çoxalıb. Bu mövzuda nə düşünürsünüz?

- Şiddət keçmişdə də var idi. Bu, "Çukur" və ya digər seriallarla gündəm olan bir şey deyil. Şiddətin seriallarla başladığını və daha çox istifadə edildiyini demək insafsızlıqdır. Əgər serialda izlədiklərinizin real olmadığını qavraya bilmirsinizsə, bu, serialların günahı deyil. Misal üçün mən "Xaç atası" filmindən çox təsirlənmişdim, amma heç bir zaman "kalaşnikov"u əlimə alıb küçəyə çıxmamışam. Kimsə şiddət tətbiq etmək istəyəndə seriala baxıb onun kimi etmək istəmir. Bundan başqa, hamımız bir-birimizin həyatının fərqində olaraq və ya olmayaraq, o qədər çox şiddət göstəririk ki... Belə ki, bir-birimizi sözlə və fiziki şiddətlə günahlandırırıq. İş yerində karyerasının yüksəlməsi üçün öz dostunu xərcləyən insanları düşünün. Əmin olun ki, onun tətbiq etdiyi şiddət fiziki şiddətdən daha güclüdür. Ən qəribəsi də burasındadır ki, insanlar bunu çox zaman fərqində olmadan, ya da göstərmədən edirlər.   - Nə olursa olsun, izlədiyimiz bəzi şeylər bizi alışdırır. "Ölüm" kəlməsi belə, artıq qulağa asan gəlir.

- Sizinlə razıyam. Öldürmə və ölmə məsələsinə həddindən artıq estetizm etmiş ola bilərik. Seriallarda insanlar bir saniyənin içərisində öldürür və öldürülür. Ancaq real həyatda insanlar asan ölmürlər. Hər şeyi asanmış kimi təqdim etdikdə, ona alışırıq və bu, bizə normal gəlməyə başlayır. Reytinq uğrunda bu qədər qəddar olmaq doğru deyil.    -  48 yaşda aktyorluğa başlayıb, 53 yaşda "Ən yaxşı kişi aktyor" mükafatını qazanıbsınız. Keçirdiyiniz hisslər maraqlıdır. 

(adsgarden = window.adsgarden || []).push({});