Türkiyə Xarici İşlər Nazirliyi Fransa səfirini çağırıb


Digərləri 01 Noy 2019 00:48:36 226 0

Türkiyə Xarici İşlər Nazirliyi Fransa səfirini çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Parlamentinin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatını qınayan qətnaməni qəbul etməsi ilə əlaqədar Fransa səfiri Şarl Frisi çağırıb

Bakı. Türkiyə Xarici İşlər Nazirliyi Fransa Parlamentinin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatını qınayan qətnaməni qəbul etməsi ilə əlaqədar Fransa səfiri Şarl Frisi çağırıb. Trend-in məlumatına görə, bu barədə "TASS"a Türkiyə XİN-dəki mənbədən bildiriblər. Məlumatda deyilir: "Fransa səfiri nazirliyimizə çağrıldı ki, Fransa parlamentinin "Sülh bulağı" əməliyyatı ilə bağlı verdiyi qərarla əlaqədar narahat olduğumuzu bildirək". (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Fransa Milli Məclisi (parlamentin aşağı palatası) iclasında Türkiyənin Suriyadakı Fərat çayının şərqindəki hərbi əməliyyatını pisləyən qətnamə qəbul edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin