“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Neftçalada maarifləndirmə tədbiri keçirib (FOTO)


Digərləri 01 Noy 2019 00:12:17 225 0

“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Neftçalada maarifləndirmə tədbiri keçirib (FOTO)

“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində növbəti tədbirini Neftçala rayonunda keçirib.

Bakı. “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində növbəti tədbirini Neftçala rayonunda keçirib. Tədbirdə uşaqlar, müəllimlər və valideynlər iştirak ediblər. Trend-in məlumatına görə, tədbirdə layihənin eksperti Əhməd Mansurov öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Neftçala Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. O, uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığın yaratdığı fəsadlar, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi və digər bu kimi məsələlər barədə ətraflı məlumat verib. Uşaqların müdafiə, yaşamaq, inkişaf və iştirak hüquqlarına toxunan ekspert dövlətimizdə uşaq müdafiə sistemi haqqında iştirakçıları məlumatlandırıb. (adsgarden = window.adsgarden || []).push({}); Tədbir zamanı müəllimlər öz fikirlərini bildirib, səmimi müzakirələr aparılıb və uşaqların çoxsaylı sualları cavablandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin