Azərbaycan nefti ucuzlaşdı


Digərləri 31 Okt 2019 23:59:00 304 0

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 65,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.