İspaniya hakimiyyəti BMTnin iqlim konfransını Madriddə keçirilməsini təklif edib


Dünya 31 Okt 2019 23:38:00 257 0

İspaniya hakimiyyəti BMTnin iqlim konfransını Madriddə keçirilməsini təklif edib

İspaniya hakimiyyəti BMT-nin iqlim dəyişikliyinə dair konfransını Madriddə keçirməyə hazır olduğunu söyləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda İspaniya hökuməti cümə axşamı bəyanat yayıb.

Bəyanatda bildirilir: "Çili prezidenti Sebastyan Pinyeranın Santyaqoda 25-ci İqlim Dəyişikliyi Konfransının keçirilməsindən imtina edilməsi barədə verdiyi açıqlamadan sonra (2-13 dekabr), Baş nazir səlahiyyətlərini icra edən Pedro Sançes İspaniyanın lazım olan hər bir məsələdə əməkdaşlıq etməyə, o cümlədən iqlim konfransının keçirilməsinə hazır olduğunu bildirib".

Çili prezidenti, öz növbəsində, Pedro Sançesin Madriddə BMT İqlim Dəyişikliyi Konfransını Çilidə planlaşdırıldığı ilə eyni tarixlərdə keçirilməsini təklif etdiyini deyib.