İspaniya hakimiyyəti BMT-nin iqlim konfransını Madriddə keçirilməsini təklif edib


Digərləri 31 Okt 2019 23:02:00 271 0

İspaniya hakimiyyəti BMT-nin iqlim konfransını Madriddə keçirilməsini təklif edib

İspaniya hakimiyyəti BMT-nin iqlim dəyişikliyinə dair konfransını Madriddə keçirməyə hazır olduğunu söyləyib

Bakı. İspaniya hakimiyyəti BMT-nin iqlim dəyişikliyinə dair konfransını Madriddə keçirməyə hazır olduğunu söyləyib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu haqda İspaniya hökuməti cümə axşamı bəyanat yayıb. Bəyanatda bildirilir: "Çili prezidenti Sebastyan Pinyeranın Santyaqoda 25-ci İqlim Dəyişikliyi Konfransının keçirilməsindən imtina edilməsi barədə verdiyi açıqlamadan sonra (2-13 dekabr), Baş nazir səlahiyyətlərini icra edən Pedro Sançes İspaniyanın lazım olan hər bir məsələdə əməkdaşlıq etməyə, o cümlədən iqlim konfransının keçirilməsinə hazır olduğunu bildirib". Çili prezidenti, öz növbəsində, Pedro Sançesin Madriddə BMT İqlim Dəyişikliyi Konfransını Çilidə planlaşdırıldığı ilə eyni tarixlərdə keçirilməsini təklif etdiyini deyib. (adsgarden = window.adsgarden || []).push({}); Eyni zamanda, BMT konfransın keçirilməsinə dair yeni məkan seçimi ilə bağlı qərar vermədiklərini söyləyiblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin