Bu əlamətlər böyrək xəstəliklərindən xəbəd verir


Digərləri 31 Okt 2019 22:05:00 230 0

Bu əlamətlər böyrək xəstəliklərindən xəbəd verir

Böyrək xəstəlikləri adətən heç bir ağrı olmadan inkişaf edib son mərhələyə çatır. Daha sonra isə sidikdə qan və şiddətli ağrı kimi simptomlarla müşahidə olunur.

Son.az medicina.az-a istinadən bildirir ki, başlanğıcda heç bir simptom olmadan irəlilədiyi üçün böyrək xəstəliklərinə tutulmamaq üçün əvvəlcədən tədbirlər görmək, müntəzəm yemək və bəzi qidalardan qaçmaq lazımdır.

Bəs böyrək xəstəliyinin əlamətləri nələrdir?

Özünüzü yorğun və bitkin hiss edirsinizsə Böyrəklərin işləmə funksiyası azaldıqda qan təmizlənə bilməz və qanda zərərli maddələr artır. Bu da insanlarda halszılığa səbəb olur. Bundan başqa böyrək xəstəlikləri anemiyaya səbəb olur və bu da öz növbəsində zəifliyə gətirib çıxarır.

Yata blmirsinizsə Böyrəklər qanı lazımi səviyyədə təmizləyə bilmədikdə, zərərli maddələr qana keçməyə başlayır. Bu da öz növbəsində yuxu bilməməsi problemini gündəmə gətirir.  

Dəriniz qurudur və qaşınırsa

Böyrəklər qandakı mineral və qida maddələrini tarazlaya bilmədikdə, dəridə quruluq və qaşınmaya səbəb olur.