Yenilənmiş Haval H6 Coupenin satışları başladı


Digərləri 31 Okt 2019 21:55:00 263 0

Yenilənmiş Haval H6 Coupenin satışları başladı

Çinin Great Wall şirkəti yenilənmiş kupeşəkilli Haval H6 Coupe krossoverinin satışına çıxdığını elan edib.

Son.az ted.az-a istinadən bildirir ki, avtomobilin ilk nüsxələri Çin dilerlərində artıq mövcuddur. Qeyd etmək lazımdır ki, krossoverin əvvəlki versiyasından edilən dəyişikliklər minimal olub. Əsas fərqlər salonun tərtibatı ilə bağlıdır, burada qabaqcıl multimedia kompleksi tətbiq olunub, həmçinin daha keyfiyyətli bəzək materiallarından istifadə edilib.

Yenilik 169 at gücü olan 1,5 litr turbinləşdirilmiş aqreqatla fərqlənir. Qeyd etmək lazımdır ki, krossover 7 pilləli robotlaşdırılmış ötürücü qutu, həmçinin, tam və ya ön sürücü ilə satılır.

(adsgarden = window.adsgarden || []).push({});