NASA Plutonun Günəş sisteminin doqquzuncu planeti elan edilməsini təklif edib


Digərləri 31 Okt 2019 21:45:00 291 0

NASA Plutonun Günəş sisteminin doqquzuncu planeti elan edilməsini təklif edib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Plutonun Günəş sisteminin doqquzuncu planeti elan edilməsini təklif edib.

Space.com portalının yayımladığı xəbərə görə, bu təşəbbüsü Vaşinqtonda keçirilən Beynəlxalq Aeronavtika Konqresində agentliyin direktoru Ceyms Braydenstayn irəli sürüb.

"NASA-nın rəhbəri olaraq mən Plutonun planet olduğuna inanıram" deyən Braydenstayn əlavə edib ki, bəzi astronomların qənaətinə görə, yalnız öz günəş orbitini təmizləyən göy cisimləri planet hesab edilə bilər. Onun sözlərinə görə, bu minvalla bütün planetləri cırtdan obyektlər kimi qiymətləndirmək olar, çünki onların heç biri öz orbitini tam olaraq təmizləmir. NASA-nın rəhbəri onu nəzərdə tutub ki, Günəş sistemindəki bütün planetlərin ətrafında asteroidlər mövcuddur. "Mən bu meyarı yersiz hesab edirəm, düşünürəm ki, planetlərin müəyyən edilməsində onların orbitin dinamikasında daim dəyişən parametrləri deyil, daxili dəyərləri nəzərə alınmalıdır", -deyə Braydenstayn vurğulayıb.

Bu cür mübahisələrin 2016-cı ildə planetlərin təsbitinə necə təsir edəcəyi hələlik məlum deyil. Bir tərəfdən, NASA Plutonun planetlər cərgəsinə qaytarılması tərəfdarları üçün ciddi müttəfiqdir. Digər tərəfdən, onun təklifinin Beynəlxalq Astronomiya İttifaqı tərəfindən nəzərə alınıb alınmayacağı da məlum deyil.

(adsgarden = window.adsgarden || []).push({});