Əslində mövcud olmayan 5 xəstəlik – Amma


Digərləri 31 Okt 2019 21:25:00 288 0

Əslində mövcud olmayan 5 xəstəlik – Amma

Bu xəstəliklər Amerika və Avropada tibbi baxımdan diaqnoz olunmur, qəbul edilmir, amma Azərbaycanda da daxil olmaqla MDB dövlətlərində hələ də həkimlərin axtardığı xəstəliklərdir.

Dünya Səhiyyə Təşkilatının xəstəliklər təsnifatında MKB-10-da vegetativ distoniya və uşaqlığın tonusu adlı xəstəlik yoxdur.

Son.az medicina.az-a istinadən əslində mövcud olmayan, amma bizdə həkimlərin bəzi oxşar simptomlar məcmusuna görə təyin etdikləri o 5 "xəstəliyi" təqdim edirik:

1.Vegetativ-damar distoniyası

Nevroloqlar bu diaqnozu çox sevir. Xəstə əsəbidir,yatmır, sinirləri sıxılır,qan dövranı pozulub, halsızdır, nevrozdur- deməli, vegetativ distoniyadır. Damarların və sinirlərin tonusunun pozulması kimi xarakteristika olunan bu xəstəlikdə xəstədə səbəbi bilinməyən ağrılar gəzir, təzyiqi oynayır, təngənəfəs olur.   Digər səbəblər tapılmayanda həkimlər vegetativ pozulma diaqnozunu qoyur. Bu xəstəliyin mənası odur ki, xəstənin niyə belə olması məlum deyil, özü də sağala bilər, sağalmaya da bilər".

Daha dəqiq diaqnozu araşdırmağın dərdindən həkimlər hətta uşaqların da xəstəlik kitabçasına distoniya yazır.  

Əslində isə xəstəni aritmioloq, kardioloq, endokrinoloq, nevroloq, qastroenteroloq dərindən yoxlamalıdır. Xüsusən yeniyetmələrdə bu simptomlar hormonal pozulmalardan qaynaqlana bilər.

2.Uşaqlığın tonusu

Tonus gərginlik, yığılma, darılma deməkdir. Uşaqlıq əzələli orqandır, əzələ isə təbii ki, yığılıb açılma xüsusiyyətinə malikdir, ona görə uşaqlığın əzələlərinin yığılması təbii haldır.

Dünya tibbində bu tutmalara Brekston- Hiks deyilir və plasenta kifayət qədər qanla təchiz olunur. Əgər hamiləlikdə daim gərgin, yığılmış uşaqlıq problem yaradırsa, tonus diaqnoz deyil. Həkim buna səbəb olan pozulmanı tapmalıdır.

3.Disbakterioz