Türkiyə Rusiya ilə ələ keçirdiyi əsirlərlə bağlı danışıqlar aparır


Dünya 31 Okt 2019 21:27:00 215 0

Türkiyə Rusiya ilə ələ keçirdiyi əsirlərlə bağlı danışıqlar aparır

Türkiyənin müdafiə naziri Hulusi Akarın cümə axşamı bildirdiyinə görə, Türkiyə Rusiya ilə Suriyanın şimalındakı Ras Əl-Ayn şəhərində ələ keçirdiyi və Suriya hökumət qüvvələrinin üzvü olduğu güman edilən 18-dən çox əsirlə bağlı danışıqlar aparır.

Türkiyənin Müdafiə Nazirliyi çərşənbə axşamı Türkiyənin hədəf aldığı Ras Əl- Ayn şəhəri yaxınlığında 18 nəfərin ələ keçirildiyini və məsələnin Rusiya rəsmiləri ilə razılaşdırıldığını xəbər vermişdi.

Çərşənbə axşamı eləcə də, Türkiyənin dəstəklədiyi Suriya üsyançıları Ras Əl-Ayn bölgəsindəkı Təl-Hava yaxınlığında Suriya ordusunun bir çox əsgərini həbs etdiyini bildirmişdi.

Moskva və Ankara Türkiyənin oktyabrın 9-da hücuma başladığı zaman ələ keçirdiyi ərazilərin nəzarətini saxlaması haqda razılıq əldə edib. Rusiya və Suriya hərbi qüvvələri isə sərhədin qalan hissəsinə nəzarət edəcək.