Oktyabrın 31i amerikalılar Hallovini qeyd edir


Dünya 31 Okt 2019 21:28:00 228 0

Oktyabrın 31i amerikalılar Hallovini qeyd edir

Oktyabrın 31-i amerikalılar Hallovini qeyd edir. Uşaqlar qorxunc və gülməli kostyumlar geyinib, şirniyyat almaq üçün "trick or treat", yəni "pay verməsən, özündən küs"deyir.

Adətən skelet, qorxunc xarakterlər, ölülər, ruhlar, bir sözlə vahimə yaradan nə varsa, evlərin qarşısı onlarla bəzədilir.

Bu gün müxtəlif kostyumlarla yığıncaqsız da keçmir. Xristianlar tərəfindən təməli qoyulan bu ənənə dünyanın bir çox yerinə yayılıb. Bu gün ölənlərin xatirəsi anılır, kilsələrdə xüsusi mərasimlər təşkil edilir.

Bayrama məxsus yeməklər arasında alma və kartof oladyaları mühüm yerə sahibdir.